Goranboyda avtomobillər toqquşub, ana və oğlu xəsarət alıb

  • By Günel
  • 30 Oktyabr 2024 22:34

Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, Səfikürd kəndində 2 avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü M.Məmmədova və oğlu, 2001-ci il təvəllüdlü S.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info