
2020-ci ilin 31 oktyabrında Azərbaycan ordusu cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində hücumlarını davam etdirib.
Bəs, bu tarixdə başqa hansı hadisələr baş verib?
1. 1517-ci ilin bu günü Martin Lüther Vittenberqdə 95 tezisini kilsə qapısından asaraq Protestantlığı elan etdi.
2. 1831-ci ildə Osmanlı imperatorluğu sərhədləri içində ilk türkcə qəzet olan “Takvimi-Vekayi” nəşrə başladı.
3. 1876-cı ildə Hindistanın sahil şəhərlərini yerlə-yeksan edən qasırğada 200 min adam həyatını itirdi.
4.1958-ci il 31 oktyabrda Moskva Yazıçılar İttifaqının ümumi iclasında şair və nasir Boris Pasternakın ittifaqdan xaric edilməsi, sovet vətəndaşlığından və ölkədən çıxarılması barədə qərar təsdiq olundu.
5. 1991-ci il 31 oktyabrda Cahar Dudayev başçısı olduğu Çeçenistan Muxtar Respublikasını Rusiyadan ayrı olaraq müstəqil dövlət elan etdi.
6. 31 oktyabr 1999-cu ildə Nyu-Yorkdan Qahirəyə gedən sərnişin təyyarəsi Atlantik okeanına düşdü, 217 adam həyatını itirdi.
7. 2003-cü ilin bu günündə ilk dəfə Azərbaycan Respublikasına Prezident seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Orxan Saffari