Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazanıb - FOTO

  • By Günel
  • 30 Oktyabr 2024 20:50

Azərbaycan atleti Ravin Alməmmədov Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.

Gununsesi.info xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanlaqaldırmada isə 187 kq-ın öhdəsindən gəlib və nəticədə gümüş medala yiyələnib.

R.Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb.

Gununsesi.info