Kərim 100 min ziyana düşüb

  • By Günel
  • 30 Oktyabr 2024 21:04

Müğənni Kərim Abasov 100 min manat ziyana düşüb.

Gununsesi.info xəbər verir ki, sənətçi bu haqda “İncə səhər” verilişində deyib. O bildirib ki, restoran açmaq istəyib, amma biznesi başlamadan bitib:

“Restoranın başına daş düşdü. Açmağımızla, bizi fırlatdılar. Gərək hər işin başında özün dayanasan. Restoran açmaq, kirayə, işçilər, aşpazlar. 3 aya 100 min manat ziyana düşdüm. İndi başqa bir biznes qurmuşam. Yarısını etdim, qalıb yarısı. 1 ilə hazır olacaq”.

Kərim aldığı villadan söz açıb: “Villa almışam. 2 ildir. Bakıda yerləşir. Badamdar qəsəbəsində, ən bahalı yerdə yerləşir. Niyə şəkil paylaşım ki? Nəyə lazımdır? Rahat yaşamaq istəyirəm. İstəyirəm rahat hava alım, çörək yeyim. Nəzərdən qorxuram”. (Axşam.az)

Gununsesi.info