Dərsdən sonra itkin düşən məktəbli tapıldı - Yenilənib

Bakıda məktəbli itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Suraxanı rayon Qaraçuxur qəsəbə sakini O.Əliyeva polisə müraciət edərək bildirib.

O qeyd edib ki, oğlu 2010-cu il təvəllüdlü Ö.Əliyev oktyabrın 28-də saat 15:30 radələrində təhsil aldığı 146 saylı orta məktəbi tərk edib və daha sonra övladından xəbər ala bilməyib.

Müraciətlə bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində məktəbli tapılaraq ailəsinə təhvil verilib.

 

 

Gununsesi.info