
Amerikalı sahibkar İlon Mask, Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ üçün şən dövr olacağını proqnozlaşdırıb.
Gununsesi.info xəbər verir ki, 0, X sosial şəbəkəsində yazıb.
“Trampın ikinci müddəti Amerika üçün ən əyləncəli vaxt olacaq… Bu heyrətamiz olacaq”, – deyə o, vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, İlon Mask şəxsən üç ay ərzində prezidentliyə namizəd Donald Tramp Amerika PAC-ın seçki kampaniyasına dəstək olaraq siyasi komitəyə təxminən 75 milyon dollar bağışlayıb.
ABŞ Federal Seçki Komissiyasının (FEC) məlumatına görə, milyarder iyul-sentyabr aylarında Trampın kampaniyasına 74,95 milyon dollar bağışlayıb.
Maskın fikrincə, Amerika hakimiyyəti dövlət xərclərini mümkün qədər tez azaltmalıdır, əks halda ABŞ iflas riski ilə üzləşəcək.
Şəbnəm