
İsveçin Tvååker kəndində yol işlərindən əvvəl aparılan arxeoloji tədqiqatlar zamanı 139 qəbirdən ibarət nəhəng vikinq qəbiristanlığı tapılıb
Gununsesi.info xəbər verir ki, kənd təsərrüfatı işləri nəticəsində itdiyi düşünülən qəbirlərdə insan və heyvan sümükləri, müxtəlif metal və keramika əşyaları aşkar edilib.
Tədqiqatçılar qeyd edirlər ki, qəbiristanlıq Vikinq dövrü ticarəti üçün mühüm ərazi olub.
Qəbiristanlığın yer üstü qalıqlarının uzun müddətdir tanınmadığı və kənd təsərrüfatı işləri nəticəsində itdiyi güman edilir.
Tədqiqatçılar cəsədlərin yandırıldığına dair dəlillər də tapıblar.
Layihənin rəhbəri Petra Nordin izah etdi ki, ölülər yandırıldıqdan sonra yemək qurbanı kimi yandırılmamış heyvanların külünün üzərinə qoyulur.
Arxeoloqlar həmçinin bəzi qəbirlərin ətrafında metal aksesuarlar, keramika qablar və qayıq formasında qoyulmuş iri daşlar tapıblar.
Bundan əlavə, 795-806-cı illər dövrünə aid bir gümüş ərəb sikkəsi də qəbiristanlığın dövrünə dair ipucu verir. Nordin məzarlardan birinin içərisində olan 17 qab, sümük və dəmir ox ucları ilə bağlı maraqlı təfərrüatları məlum olub.
Qəbiristanlığın hələlik yalnız 6 faizinin qazıldığı bildirilsə də, bölgədə aparılan qazıntıların Vikinqlər dövrünün ticarət və daşınmasında rolu haqqında daha çox məlumat verəcəyi ümid edilir.
Orxan Saffari