Paşinyan Hərbi-Sənaye Komitəsinə rəhbər təyin etdi

Aram Civanyan Ermənistanın Hərbi-Sənaye Komitəsinə yeni rəhbəri təyin olunub.

Gununsesi.info xəbər verir ki, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, Hərbi-Sənaye Komitəsinin yeni rəhbəri, texnika elmləri namizədi Aram Civanyan innovasiyaların inkişafı üzrə “Gituj” təşəbbüsünün yaradıcısıdır.