
Oktyabrın 17-də Avropa Şurasının iclası zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrel Gürcüstanda keçiriləcək parlament seçkilərinin əhəmiyyətini şərh edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 17-18-də Brüsseldə keçiriləcək Şuranın iclasında Gürcüstanda demokratiyanın geri çəkilməsi və ölkədə baş verən proseslər müzakirə olunacaq.
“Gürcüstanda açıq-aydın demokratiyanın geri çəkilməsi müşahidə olunur. Növbəti seçkilər həqiqət anı olacaq və gürcü xalqı qərar verməlidir ki, hansı yolla getmək istəyir: Avropaya doğru, yoxsa ondan uzaq. Bu, bizim üçün və gürcülər üçün daha vacib məqamdır, çünki ölkənin gələcəyi təhlükə altındadır”, – deyə Borrell bildirib.