Aİ Rusiya ilə sərhəddə miqrasiya nəzarətini gücləndirəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri assosiasiyanın sammitində Rusiya və Belarusla sərhəddə sığınacaq axtaran

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında görüşün yekunlarına dair bəyanatda bildirilib.

“Rusiya, Belarus və ya hər hansı başqa dövlət bizim dəyərlərimizdən, o cümlədən sığınacaq hüququndan sui-istifadə edə bilməz. Müstəsna hallar müstəsna tədbirlər tələb edir, buna görə də Avropa Şurası istənilən vasitə ilə xarici sərhədlərə nəzarəti təmin etmək üçün lazım olan hər şeyi etməyə hazırdır”– sənəddə qeyd olunub.

Bundan əlavə, Avropa İttifaqının liderləri “siyasi məqsədlər üçün miqrasiyanın alətləşdirilməsini” dayandırmaq üçün Rusiya və Belarusla həmsərhəd ölkələrə “praktiki yardım” göstərməyə hazır olduqlarını vurğulayıblar.

Miqrasiya nəzarətinin gücləndirilməsi üçün konkret tədbirlərin görülməsinə dair yekun qərarı nazirlər səviyyəsində Aİ Şurası qəbul edəcək.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Aİ-nin miqrasiya üzrə sammitində Polşa, Finlandiya və Baltikyanı ölkələrə miqrant axınını “Rusiya və Belarusun hibrid hücumu” adlandırmışdı.

 

 

Gununsesi.info