
Böyük Britaniya kosmosda “gələcək müharibələrə” hazırlaşmaq üçün NATO müttəfiqlərinə NATO-nun kosmik imkanlarını inkişaf etdirməyə kömək edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Hili bildirib.
“Bu qabaqcıl kosmik texnologiyaları inkişaf etdirməklə biz Silahlı Qüvvələrimizi gələcəyin döyüş meydanlarına hazırlayırıq və Britaniya sənayesi üçün mühüm imkanlar yaradırıq”, – deyə müdafiə rəisi bildirib.
Bəyanatda vurğulanır ki, NATO müttəfiqləri Britaniyanın daşıyıcı aparatlarından və kosmodromlarından istifadə edə bilərlər ki, bu da alyansa “resurslarını kosmosda sürətlə yerləşdirməyə” başlamağa imkan verəcək.
Oktyabrın 14-də NATO iki həftə davam edəcək “Steadfast Noon” illik nüvə təliminə başlayıb.
Onlara həmçinin səkkiz hava bazasından 2000-ə yaxın hərbçi cəlb olunacaq.