
ABŞ administrasiyası xərclərini azaltmalıdır, əks halda ölkə iflasla üzləşəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Amerikalı sahibkar İlon Mask bildirib.
O, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmək üçün Pensilvaniyada seçicilərlə görüşü zamanı bildirib: “Hökumət aldığından çox xərclədikdə, bu, inflyasiyaya səbəb olur”.
O vurğulayıb ki, Birləşmiş Ştatlar bu qədər milli borcla nəticələnməmək üçün dövlət xərclərini kökündən azaltmalı olacaq.
Mask bu borcun ödənilməsinin qeyri-mümkün olacağı və ölkəni iflasa aparacağı barədə xəbərdarlıq edib.