
Qrenlandiyada aparılan sorğu əhalinin 85 faizinin ABŞ ərazisinə qoşulmaq fikrinə qarşı olduğunu üzə çıxarıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Verian sorğu şirkətinin Qrenlandiyanın milli qəzeti Sermitsiaq və Danimarkanın Berlingske media orqanı üçün keçirdiyi rəy sorğusunda ABŞ prezidenti Donald Trampın adanın ABŞ ərazisinə birləşdirilməli olduğuna dair açıqlamalarından sonra ictimaiyyətin bu məsələ ilə bağlı fikirləri araşdırılıb.
Sorğunun nəticələrinə görə, Qrenlandiyanın ABŞ-ın tərkibində olmasını istəməyənlərin nisbəti yüzdə 85, qoşulma fikrini dəstəkləyənlərin nisbəti isə yüzdə 6 olaraq qeyd edildi.
23 dekabr 2024-cü il tarixində Truth Social hesabında yazdığı yazıda Tramp Qrenlandiyanın ABŞ-ın nəzarəti altında olması barədə bəyanatını təkrarladı və adaya sahiblik və nəzarətin olmasının “mütləq zərurət” olduğunu müdafiə etdi.
Yanvarın 20-də andiçmə mərasimi ilə vəzifəyə gəldiyi gündən bəri ara-sıra adaya olan marağı gündəmə gətirən Tramp, Qrenlandiyada yaşayan təxminən 57 min vətəndaşın hamısının ABŞ-a qoşulmağa razı olduğunu iddia etdi.
Danimarka Krallığının tərkibində Farer adaları olan iki muxtar bölgədən biri olan Qrenlandiya Danimarkadan 2900 kilometr uzaqlıqdadır.
Orxan Saffari