Ukraynadan Kursk əməliyyatı: “Rusiyanın qənimətləri ələ keçirib “

Ukrayna Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatda bir sıra mühüm əşya və sənədləri ələ keçirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 7 rus və iki Şimali Koreya əsgərinin həyatını itirdiyi halda, Ukrayna tərəfi verdiyi açıqlamada “Rusiya qənimətinin” danışıqlarda rıçaq kimi istifadə oluna biləcəyini açıqlayıb.

Müsadirə edilən əşyalar arasında Şimali Koreya əsgərinin əşyaları və Koreya dilində əlyazma qeydləri olan kağız parçaları da olub.

Qoruyucu vasitələr, termal gözlüklər və AK-12 avtomat tüfəngi də aşkar edilib.

Ukrayna Şimali Koreya əsgərlərinin həftələrlə ağır itkilər verdikdən sonra geri çəkildiyini açıqlayıb. Bununla belə, Kiyev Pxenyandan göndərilən daha çox hərbçinin bölgəyə göndərilməsini gözləyir.

Son aylarda ələ keçirilən məxfi sənədlərə görə, Rusiya Ukraynanın sürpriz Kursk hücumunu aylar öncədən proqnozlaşdırmışdı.

Sənədlər Ukraynanın mümkün irəliləyişləri ilə bağlı aylarla xəbərdarlıqları ehtiva edir və əsgərlərin əhval-ruhiyyəsi ilə bağlı narahatlıqları ortaya qoyur.

Bu sənədlərə görə, Rusiya hərbi komandanlığı Ukraynanın Kursk bölgəsinə müdaxiləsini gözləyirmiş və bunun qarşısını almaq üçün aylarla planlar qurub.

Orxan Saffari

Gununsesi.info