Tramp 19 yaşdan kiçiklər üçün cinsiyyətin dəyişdirilməsi dəstəyini dayandırır

ABŞ prezidenti Donald Tramp 19 yaşına çatmamış şəxslərin cinsiyyətinin dəyişdirilməsinə federal dəstəyin dayandırılması haqqında fərman imzalayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən edilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Donald Trampın 19 yaşından kiçiklərin cinsiyyətinin dəyişdirilməsinə töhfə verən federal dəstəyi kəsmək üçün “Uşaqların kimyəvi və cərrahi xəsarətlərdən qorunması” adlı fərmanı imzaladığı bildirilir.

“Uşağın bir cinsdən digərinə keçidini maliyyələşdirməmək, sponsorluq etməmək, təşviq etməmək, kömək etməmək və ya dəstəkləməmək Birləşmiş Ştatların siyasətidir və bu dağıdıcı, həyatı qadağan edən və ya məhdudlaşdıran bütün qanunları ciddi şəkildə tətbiq edəcəkdir”, – fərmanda deyilir.

Fərmanda, geri dönməz tibbi müdaxilənin uşağın cinsiyyətini dəyişdirə biləcəyinə dair radikal və yanlış anlayışa əsaslanaraq, ölkə daxilində tibb mütəxəssislərinin getdikcə daha çox uşağı şikəst və sterilizasiya etdiyi vurğulanıb.

Orxan Saffari
Gununsesi.info