Nazir Fidan: - Biz əl-ələ verərək Suriyanın yenidən qurulmasını dəstəkləməliyik

Xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Özbəkistan Üçtərəfli Görüşün açılış nitqi ilə çıxış edib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Nazir Fidan “Asiya ilə Avropa arasında ticarətdə Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Türkiyənin ən etibarlı və iqtisadi marşrutu təklif etdiyi nümayiş olundu” deyib.

Fidan, “Suriyanın yenidən qurulması və inkişafını əl-ələ verməliyik. Çünki Suriyanın sabitliyi və inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin ediləcək, logistika nəqliyyatı, ticarət və enerji sahələrində yeni imkanlar yaranacaq” , – deyə bildirib.

Fidan beynəlxalq sistemin dünyanın əksər hissəsi üçün sülh, sabitlik və ədalət yarada bilməyəcəyinə diqqət çəkərək, qlobal gərginliyin artdığını, çoxtərəfliliyin və ümumbəşəri dəyərlərin aşındığını da qeyd edib.

Orxan Saffari

Gununsesi.info