Bələdiyyə seçkilərində seçki fəallığı açıqlandı

  • By Günel
  • 29 Yanvar 2025 20:55

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1 874 810 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub.

Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Gununsesi.info