Qələbə bayramı zamanı işıq dirəyinə çıxan 18 yaşlı azarkeş yıxılaraq öldü

ABŞ-ın Pensilvaniya ştatından olan 18 yaşlı Eagles azarkeşi NFC çempionatında komandasının qələbəsini qeyd edərkən işıq dirəyindən yıxılaraq ölüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bədbəxt gəncin yıxılma anı mobil telefonunun kamerasına saniyə saniyə əks olunub.

Universitet tələbəsi xəstəxanaya aparılsa da, iki gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, Temple Universiteti rəsmiləri Tayler Sabapathy-nin itkisindən dərin kədərləndiklərini açıqladılar. 

Məktəbin gimnastika komandasında olan Tayler Sabapati idman elmini öyrənirdi.

Filadelfiya meri Çerelle Parker azarkeşləri qeyd etmələr zamanı dirəklərə dırmaşmamaq və küçələrdə silahla atəş açmamaq barədə xəbərdarlıq edib.

Bununla belə, şənliklər zamanı aralarında Sabapathy də daxil olmaqla bir qrup dirəklərə çıxıb. Hadisədən sonra ABC 6 telekanalı qeyd edib ki, şənlik zamanı azı iki nəfər güllələnib və bir fanat havaya atəş açıb.

Orxan Saffari

Gununsesi.info