Əhməd əş-Şaraa Suriya Prezidenti elan edildi

  • By Günel
  • 29 Yanvar 2025 23:36

Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidentinin səlahiyyətlərini icra edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin yeni rəhbər orqanı olan Hərbi Əməliyyatlar Direktorluğu bəyanat yayıb.

Yeni hakimiyyət 2012-ci il konstitusiyasının artıq qüvvədə olmadığını və ölkə parlamentinin buraxıldığını elan edib.

Həmçinin parlamentin, Təhlükəsizlik Xidmətinin və silahlı birləşmələrin buraxıldığı bəyan edilib.

Gununsesi.info