ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu, 18 ölü — VİDEO (YENİLƏNDİ)

  • By Günel
  • 30 Yanvar 2025 08:21

Vaşinqtonda “Bombardier CRJ700” sərnişin təyyarəsi ilə “Sikorsky H-60” hərbi helikopteri toqquşub.

Hadisə Ronald Reyqan hava limanının yaxınlığında, təyyarə eniş etməyə hazırlaşarkən qeydə alınıb.

Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. “NBC”nin məlumatına görə, çaydan 4 nəfər çıxarılıb və xəstəxanaya çatdırılıb.

Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur.

İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar var. Bununla yanaşı, insidentdən sonra aeroportun fəaliyyəti dayandırılıb. (Qafqazinfo)

***

“CBC” telekanalının məlumatına görə, çaydan 18 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.