Hindistanda dini festivalda izdiham

Hər 12 ildən bir keçirilən dini bayrama on milyonlarla insan toplaşırdı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu Hindistanın Prayagraj şəhəridir.

Hindular Kumb Mela dini festivalı üçün şəhərə axışıblar.

6 həftəlik festivaldan əvvəl 400 milyon insanın iştirak edəcəyi proqnozlaşdırılırdı.

İştirakçıların sayının bu gün ən yüksək həddə çatacağı gözlənilirdi. Hindular dini ritual olaraq Qanq, Yamuna və mifoloji Sarasvati çaylarının qovuşduğu yerdə suya dalırdılar.

Amma bu baş vermədi.

İştirakçılar tərəfindən qoruyucu baryerlərin yarılması nəticəsində izdiham yaranıb. Çox sayda insanın həyatını itirdiyi açıqlanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Bununla belə, ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar da var. İzdihamdan sonra bölgədə ehtiyat tədbiri olaraq təxliyə işləri aparılıb.

Hindular dini inanclarına görə suya girəcəkləri yerdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, 1954-cü ildə eyni festivalda izdiham yaşandı; 400-dən çox insan öldü.

Gununsesi.info