Nəsrin Cavadzadə yeni serialda

  • By Günel
  • 01 Sentyabr 2024 11:57

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin yeni layihəsi bəlli olub.

Gununsesi.info xəbər verir ki, sənətçi “Show TV”də yayımlanan “Sandık kokusu” serialında rol alacaq.

Bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.

Cavadzadə ekran işində “Ayça” obrazını canlandıracaq.

Qeyd edək ki, serialın baş rollarını Özge Özpirinçci ilə Necip Memili canlandırır.

Gununsesi.info