İTV kanalının adından sosial şəbəkələrdə saxta paylaşımlar artıb - DİN XƏBƏRDARLIQ ETDİ!

  • By ilhame
  • 31 Avqust 2024 21:43

Sosial şəbəkələrdə daha bir kibercinayətkarlıq növü kütləvi yayılmaqdadır.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

Süni intellektlə İTV-nin adından qanuni mərc oyunları olması ilə bağlı saxta paylaşımlar artır. Ayrı-ayrı şəxslərin səsi ilə linklərə daxil olmağa, oyunlarda iştiraka təşviqlə bağlı reportaj-müsahiblər əsasında çaşdırıcı resurslar yaradılıb.

Bir daha vətəndaşları bu və digər formada saxta paylaşımlara ehtiyatla yanaşmağa, inanmamağa çağırırıq.

Gununsesi.info