Fuad Nəcəfli səsvermə hüququndan istifadə edib

  • By ilhame
  • 01 Sentyabr 2024 10:59

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində 4 saylı seçki dairəsinin 32 saylı seçki məntəqəsində səs verib.

 

Gununsesi.info-nun məlumatına görə, səlahiyyətli nümayəndə həmçinin burada təşkil olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində də səs verib.

 

2024-cü il sentyabrın 1-i Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilir.

 

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

 

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Gununsesi.info