ABŞ-da avtobus qəzasında 7 nəfər ölüb

  • By ilhame
  • 31 Avqust 2024 22:38

ABŞ-ın Missisipi ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə NBC televiziyası xəbər yayıb.

 

Qeyd olunub ki, ticarət sərnişin avtobusu Viksburqdan şərqdə şosedən çıxaraq aşıb.

 

Nəticədə 6 nəfər hadisə yerində, daha bir sərnişin isə xəstəxanada ölüb. Qəzada xəsarət alan ən azı 37 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

 

Məlumata görə, qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info