Zəngilanın Ağalı kəndinin sakinləri parlament seçkilərində səs verir - FOTO

  • By Günel
  • 01 Sentyabr 2024 11:23

Zəngilan rayonunun Ağalı kəndində seçicilər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində səs verirlər.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan Zəngilan və Qubadlıda 5 seçki məntəqəsi fəaliyyət göstərir.

33 Saylı Seçki məntəqə isə Ağalı kənd məktəbində fəaliyyət göstərir. Ağalı kənd sakinlərinin bu məntəqədə səs vermə hüququndan demokratik və şəffaf şəkildə istifadəsi üçün bütün şərait yaradılıb.

125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də aktivlik müşahidə edilir. Alıbəyli kəndi ərazisində 61 Saylı seçki məntəqəsi, Ağbənd qəsəbəsində 62 Saylı Seçki məntəqəsi, Zəngilan şəhərin mərkəzində isə 64 Saylı seçki məntəqəsi fəaliyyət göstərir.

125 Saylı Zəngilan Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə isə 63 Saylı seçki məntəqəsi fəaliyyət göstərir. Sözügedən dairə üzrə 64 seçki məntəqəsi var və qeydə alınan seçicilərin sayı 56391 nəfərdir. Onlardan 31600 seçici və 36 seçki məntəqəsi Zəngilan üzrə, 24791 seçici və 28 seçki məntəqəsi isə Qubadlı rayonu üzrədir.