“Formula-1” İtaliya Qran-prisinin təsnifat yarışı keçirilib

  • By ilhame
  • 31 Avqust 2024 20:16

McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının 16-cı mərhələsi – İtaliya Qran-prisinin seçmə mərhələsinin qalibi olub.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, yarış Monza dairəsində keçirilib.

 

İkinci yeri Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri tutub. Üçüncü yerdə “Mercedes”dən britaniyalı Corc Rassel qərarlaşıb.

 

Xatırladaq ki, əsas yarışı sentyabrın 1-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Gununsesi.info