Fariz Namazlı:”İstintaqın suallarını cavablandırdım, hər şey yaxşıdır”

  • By admin
  • 01 Sentyabr 2024 11:07

Dünən axşam saatlarında saxlanılan və sonradan sərbəst buraxılan  tanınmış vəkil Fariz Namazlı açıqlama verib.

Gununsesi.info bildirir ki, Fariz Namazlı sosial şəbəkə hesabında bunları qeyd edib:

Narahat olan dost, tanışlar narahat olmayın, hər şey yaxşıdır.
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən axşam saat 9-da olduğum yerdən İdarəyə aparılmışam və burada bir cinayət işi ilə bağlı şahid qismində ifadə vermişəm. Həmin cinayət işi ilə bağlı hər hansı məlumat verə bilməyəcəm”.

Afət

Gununsesi.info