“Neftçi” 5 oyundur qələbəyə həsrətdir

  • By ilhame
  • 31 Avqust 2024 20:00

Azərbaycan Premyer Liqasının V turunda daha bir oyun keçirilib.

 

Gununsesi.info xəbər verir ki, “Neftçi” səfərdə “Şamaxı”nın qonağı olub.

Şəhər stadionunda keçirilən qarşılaşmada qol vurulmayıb. Bununla da “Neftçi”nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb.

 

Azərbaycan Premyer Liqası

V tur

31 avqust

17:00. “Şamaxı” – “Neftçi” – 0:0

 

Qeyd edək ki, V turda bu gün daha bir qarşılaşma baş tutacaq. “Sabah” klubu Tovuzda “Kəpəz”in qonağı olacaq.

Gununsesi.info