
İsrail Qəzza zolağında uşaqları iflic xəstəliyinə qarşı peyvənd etmək üçün humanitar dəhliz verəcək.
Gununsesi.info xəbər verir ki, bunu İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib.
Bundan əlavə, o, peyvənd kampaniyası zamanı tam atəşkəs barədə məlumatı təkzib edib.
“Qəzzada poliomielit peyvəndi üçün tam atəşkəs barədə xəbərlər doğru deyil. İsrail yalnız peyvənd qruplarının keçəcəyi humanitar dəhliz təmin edəcək”, – deyə məlumatda bildirilir.
Onun sözlərinə görə, bir neçə saat ərzində peyvəndlərin aparılması üçün təhlükəsiz, məhdud ərazilər yaradılacaq.
Bundan əvvəl Qəzza zolağında uşaq iflicinə qarşı peyvənd kampaniyasına başlanıldığı bildirilmişdi.
Şəbnəm