Naxçıvanın ən yaşlı seçicisinin kimliyi məlum olub

  • By ilhame
  • 31 Avqust 2024 22:56

Naxçıvan Muxtar Respublikasında yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir.

 

“Report”un yerli bürosu xəbər verir ki, muxtar respublika ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızının 104 yaşı var.

 

O, 15 saylı Qıvraq seçki dairəsinin 1 saylı Qıvraq məntəqəsində qeydiyyatdadır.

 

Qeyd edək ki, Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək.

Gununsesi.info