Azərbaycan Premyer Liqasının V turunda günün ikinci oyunu keçirilib -Video

  • By ilhame
  • 31 Avqust 2024 22:34

Azərbaycan Premyer Liqasının V turunda günün ikinci oyunu keçirilib.

 

Gununsesi.info xəbər verir ki, “Sabah” klubu Tovuzda “Kəpəz”in qonağı olub.

 

“Kəpəz” oyunda 2:0 önə keçsə də, “Sabah” 3 qol vuraraq əzmkar qələbə qazanıb.

 

Azərbaycan Premyer Liqası

V tur

31 avqust

19:30.“Kəpəz” –“Sabah” – 2:3

 

Qollar: Viktor Braqa, 10 (1:0), Lassana Ndiaye, 18 (2:0), Coy Lens Mikels, 53 – pen. (2:1), Cessi Sekidika, 70, (2:2), Coy Lens Mikels, 85 (2:3)

 

Qeyd edək ki, V tura sabah Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.

Xatırladaq ki, günün ilk oyununda “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Gununsesi.info