3 məhkum ilk dəfə səs verəcək

  • By Günel
  • 01 Sentyabr 2024 11:46

“Ombudsman Aparatının əməkdaşları bütün ölkə ərazisində parlament seçkilərini müşahidə edirlər”​.

Gununsesi.info xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində də seçki hüququ qanuna uyğun təmin edilib. Ombudsman qeyd edib ki, bu gün ilk dəfə 3 məhkum həbsdə səs verəcək.

Gununsesi.info