Premyer Liqa: “Qarabağ” “Zirə”nin qonağı olacaq

  • By ilhame
  • 01 Sentyabr 2024 09:40

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

 

Gununsesi.info-nun məlumatına görə, sonuncu oyunda “Zirə” son çempion “Qarabağ”ı qəbul edəcək.

 

Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də start götürəcək. Digər rəqiblərinə nisbətən çempionatda bir matç az keçirən komandalar 6 xalla 4-5-ci yerləri bölüşdürürlər.

 

Azərbaycan Premyer Liqası

 

V tur

 

1 sentyabr

 

20:45. “Zirə”– “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə İdman Kompleksinin stadionu

 

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sabah” səfərdə “Kəpəz”i (3:2), “Araz-Naxçıvan” “Sumqayıt”ı (1:0), “Turan Tovuz” isə evdə “Səbail”i (1:0) məğlub edib. “Şamaxı” – “Neftçi” görüşündə hesab açılmayıb.

Gununsesi.info