Azərbaycanda parlament seçkilərilə əlaqədar səsvermə başladı

  • By ilhame
  • 01 Sentyabr 2024 08:00

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

 

Gununsesi.info xəbər verir ki, 18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

 

Qeyd edək ki, MSK-nın açıqlamasına görə, Azərbaycanda hazırda 6 421 960 nəfər seçici var. Həmçinin azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək.

 

125 deputat mandatı uğrunda ümumilikdə 990 namizəd mübarizə aparır.

Gununsesi.info