İsrail ordusu “İslami Cihad”ın səhra komandirini məhv edib

  • By ilhame
  • 31 Avqust 2024 23:07

İsrailin Qəzza zolağının mərkəzi hissəsinə endirdiyi hava zərbəsi nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının səhra komandiri Məhəmməd Katrui zərərsizləşdirib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Katrui Qəzzanın mərkəzindən İsrailə raket zərbələri endirməyə cavabdeh olub.

 

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədinə endirdiyi zərbə nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının üzvü Faris Qasim öldürülüb.

Gununsesi.info