Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb

  • By ilhame
  • 31 Avqust 2024 22:10

Fransanın paytaxtı Paris şəhərində “Vətənpərvərlər” Partiyasının mitinqində iştirak edənlər Avropa İttifaqının bayrağını cırıblar.

 

Gununsesi.info-nun məlumatına görə, “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot bildirib ki, Fransa müstəqilliyini möhkəmləndirmək üçün təcili olaraq Avropa İttifaqı və NATO-dan çıxmalıdır.

 

Aksiyaya toplaşan nümayişçilər “Yaşasın azadlıq!” şüarı səsləndiriblər.

Gununsesi.info