FIDE: Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib, Teymur Rəcəbov irəliləyib

  • By ilhame
  • 01 Sentyabr 2024 12:00

Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun (2733 xal) mövqeyi dəyişməyib. O, hazırda 17-ci pillədə qərarlaşıb.

 

İki sıra irəliləyən Teymur Rəcəbov (2700) 31-ci, Rauf Məmmədov (2637 xal) 100-cüdür.

 

Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrossmeysteri Fabiano Karuana (2798) üçüncüdür.

 

Qadınlardan iki pillə geriləyən Günay Məmmədzadə (2433) 33-cü pillədə qərarlaşıb. On sıra itirən Gövhər Beydullayeva (2395) 53-cü, iki mövqe geriləyən Xanım Balacayeva (2384) 62-cidir. Ülviyyə Fətəliyeva (2369) isə 4 sıra irəliləməklə 68-ci yerdə qərarlaşıb.

 

Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venyun Yu (Çin, 2563), üçüncü sırada Tan Zonqyi (Çin, 2551) yer alıb.

Gununsesi.info