Sumqayıtda 2499 seçici ilk dəfə səs verir - FOTOLAR

  • By Günel
  • 01 Sentyabr 2024 09:38

Sumqayıtda növbədənkənar parlament seçkilərində seçici fəallığı müşahidə olunur.

Gununsesi.info APA -ya istinadən xəbər verir ki, şəhərdə 6 seçki dairəsi üzrə 210 məntəqə var. Məntəqələr üzrə qeydə alınan 273 698 nəfər seçicidən 2499-u ilk dəfə səs verənlərdir.

3641 nəfər seçici yaşlı nəslin nümayəndəsidir. Onlardan bir nəfərin yaşı 100-dən çoxdur.