Ukrayna bir ayda 68 mindən çox hərbçi itirib - Rusiya

  • By Günel
  • 01 Sentyabr 2024 11:48

Ukrayna Silahlı Qüvvələri avqust ayında xüsusi əməliyyat zonasında 68 mindən çox hərbçi itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Avqustun 1-dən 9-dək Ukrayna Silahlı Qüvvələrinin itkiləri bütün istiqamətlərdə 18 730, avqustun 10-dan 16-dək – 14 560, avqustun 17-dən 23-dək – 16 155, 24-dən 31-dək – 18 935-ə qədər olub. Bununla da avqustda Kiyevin ümumi itkiləri 68 380 hərbçi təşkil edib”, – məlumatda bildirilib.

Gununsesi.info