“İslami Cihad” briqadasının komandiri öldürülüb

İsrail ordusu və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə əməliyyatı zamanı Qəzza zolağının mərkəzində “İslami Cihad”ın Mərkəzi Briqadasının komandiri Məhəmməd Katrui öldürülüb

Gununsesi.info xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, sektorun mərkəzi hissəsindən İsrail ərazisinə raket hücumlarına, hərbçilərinə və mülki şəxslərə qarşı terror hücumlarının təşkilinə cavabdeh olub.

“Katrui Qəzza zolağının mərkəzi hissəsindən İsrailə raket hücumlarına görə məsuliyyət daşıyır”– deyə məlumatda bildirilib.

 

 

 

Gununsesi.info