Moskvada hoteldə kütləvi zəhərlənmə baş verib: - Cinayıt işi açılıb

  • By Günel
  • 02 Fevral 2025 13:08

İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəhərlənməsi ilə bağlı cinayət işi açıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Cənub-Şərq İnzibati Dairəsi üzrə İstintaq İdarəsinin Lyublinski rayonlararası istintaq şöbəsi Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə cinayət işi açıb”, – məlumatda bildirilib.

İlkin ehtimala görə, fevralın 1-də Moskvanın 2-ci Kvartal Kapotnya küçəsindəki hoteldə uşaqlar qida zəhərlənməsi əlamətləri ilə həkimə müraciət ediblər.

Altı azyaşlı paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb.

Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparır.

Gununsesi.info