Evi yanan Lənkəran sakini üçün çadır quruldu - VİDEO

  • By Günel
  • 02 Fevral 2025 11:15

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Sinovli kənd sakini Şıxcanov Cabir Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info – ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Gununsesi.info