
İranın seçilmiş prezidenti Məsud Pezeşkian Fələstinin radikal İslami Cihad qrupunun baş katibi Ziyad əl-Nəhxali və Livanın Hizbullah partiyasının sədr müavini Şeyx Nəim Qasim ilə görüşlər keçirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Prezident administrasiyasının saytında Pezeşkian belə deyib: “Müqavimət cəbhəsini dəstəkləmək dini bir vəzifədir və İran siyasətinin əsas prinsiplərindən biridir”.
Bildirilir ki, danışıqlar İranın paytaxtında İslam Respublikasının yeni icra hakimiyyəti başçısının andiçmə mərasimi ərəfəsində baş tutub.
İranlı siyasətçin qeyd edib ki, İranın Qüdsün azad edilməsi işini dəstəkləməkdə mövqeyi hökumətin dəyişməsi ilə dəyişməyib.
İslami Cihadın baş katibi “Fələstin xalqının İranın dəstəyini heç vaxt unutmayacağını” söyləyib və Hizbullah baş katibinin müavini İsrailin İslam Respublikasının dəstəyi sayəsində müqavimət qüvvələri tərəfindən məğlubiyyətə uğrayacağını bildirib.
Qeyd edək ki, Tehranın bölgədəki müttəfiqləri hesab etdiyi və “müqavimət oxu” adlandırdığı islami müqavimət qüvvələrinə müsəlman qruplar daxildir.
Şəbnəm
Gununsesi.info