
İsraildə etirazçılar fələstinli məhbusla pis rəftar etməkdə şübhəli bilinən əsgərlərin həbsinə görə Sde Teyman və Beyt Lid hərbi bazalarına basqın ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd olunur ki, kütləvi etiraz aksiyaları baş nazir Benyamin Netanyahunun koalisiyasının sağçı üzvləri tərəfindən təhrik edilib və Likud partiyasından olan Knessetin (parlament) bəzi üzvləri digər etirazçılarla birlikdə hərbi bazalara daxil olublar.
Baş nazir Netanyahu, İsrail Silahlı Qüvvələrinin komandanı Herzi Halevi, müdafiə naziri Yoav Gallant və prezident Yitzhak Herzoq iğtişaşları tənqid edərək, vəziyyəti qanunsuz adlandırıb və israilliləri sakit olmağa çağırıblar.
Halevi şəxsən Beyt Lid bazasına gəlib və orada vəziyyəti qiymətləndirib.
Etirazçılar dağıdılıb, həbslər və xəsarət alanlar barədə məlumat yoxdur.
Günay
Gununsesi.info