Litva Ukraynaya yeni hərbi yardım paketini təhvil verib

Litva Ukraynaya forkliftlər, dron əleyhinə sistemlər, qatlanan çarpayılar və digər hərbi yardımlar çatdırıb.

Gununsesi.info Litva Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yardım Ukraynaya avqustun 28-də gəlib.

“Ukraynadan gələn müraciətlərə cavab olaraq, bu il Litva artıq 155 mm-lik döyüş sursatı, M577 zirehli texnikası, M113 zirehli maşınları, pilotsuz uçuş aparatları sistemləri, qış mövsümü üçün lazım olan avadanlıq və isti geyim dəstləri, “Karl Qustav” əleyhinə döyüş sursatları tədarük edib. Eyni zamanda tank qumbaraatanları, RISE-1 məsafədən partlatma sistemləri, generatorlar, L-39ZA Albatros yüngül hücum təyyarəsinin sökülən hissələri, yükləyicilər, qoşqular, mərmilər və digər köməkçi avadanlıqları da siyahıya daxildir”, – məlumatda deyilir.

Müharibə başlayandan bəri Litva Ukraynaya 647 milyon avrodan çox hərbi yardım göstərib.

Litvadan Ukraynaya uzunmüddətli yardımın ümumi həcmi 1 milyard avronu keçib.

 

 

 

Gununsesi.info