Kürdəmirdə leysan yağışlar ictimai həyatı iflic edib

  • By ilhame
  • 14 İyun 2024 19:38

Kürdəmir rayonunda leysan yağışlar ictimai həyatı iflic edib.

 

Gununsesi.info xəbər verir ki, qəfl yağmaya başlayan leysan rayonda piyadalar və sürücülər üçün çətin anlar yaşadıb.

 

Rayonun Xanlar Səfərəliyev və Şəhriyar küçələrində, eləcə də Bakı prospektində vəziyyət daha çətin hal alıb. Belə ki, adıçəkilən ərazilərdə gediş-gəliş tamamilə dayanıb. Sakinlər evlərindən çıxa bilmirlər. Küçələrdə sel sularının hündürlüyü 40 santimetrə çatıb.

 

Hazırda aidiyyəti qurumların canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində zəruri işlər görülür.

Gununsesi.info