
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 14-ü saat 13:55-də Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Gununsesi.info-ya bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd olunub.
Gununsesi.info