Sabunçuda 18 yaşlı gənc qətlə yetirilib

  • By ilhame
  • 14 İyun 2024 21:28

Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.

 

Gununsesi.info -ya bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: “Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.

 

Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.

Gununsesi.info