Bədəninə döymə etdirdi, öldü

Rusiyanın Sankt-Peterburqda şəhərində 24 yaşlı Lea evdə döymə seansından bir həftə sonra dünyasını dəyişib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, qız kliniki ölüm vəziyyətində iyunun 2-də xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, Leya ona döymə etdirdirmək üçün dostlarına müraciət edib.

Qıza ağrıkəsici novokain vurulub. Prosesin başlamasından bir neçə dəqiqə sonra özünü pis hiss etməyə başlayıb. Məlum olub ki, o, ağrıkəsicilərlə uyğun olmayan dərmanlar qəbul edirmiş.

Həkimlər bir həftə qızın həyatı üçün mübarizə apardılar. Lakin onu xilas etmək mümkün olmayıb və o, iyunun 10-da dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

 

 

Gununsesi.info